...

Qahirədə azərbaycanlı müəllimlər üçün kurslar təşkil olunacaq

Cəmiyyət Materials 10 Mart 2006 12:24 (UTC +04:00)

Misirin MDB ölkələri ilə texniki əməkdaşlıq fondu 2006-cı ilin mart və aprel aylarında Qahirədə azərbaycanlı müəllimlər üçün ərəb dili kursları təşkil edəcək. Bu barədə Trend ə Azərbaycanın Təhsil nazirliyindən məlumat verilib. Kurslarda Azərbaycanın universitetlərində ərəb dilini tədris edən 10 pedaqoqun iştirakı planlaşdırılır.

Azərbaycanın bu fondla əməkdaşlığı çərçivəsində indiyədək bir sıra proqramlar həyata keçirilib. Bu proqramlar çərçivəsində yüzlərlə azərbaycanlı müəllim, tələbə və məktəbli Misirin müxtəlif ali və digər təhsil müəssisələrində treninq və kurslar keçib.

Xəbər lenti

Xəbər lenti