...

Ombudsman Aparatının əməkdaşları Bakı şəhərinin polis idarələrinin istintaq təcridxanalarına baxış keçirib

Cəmiyyət Materials 10 Mart 2006 16:33 (UTC +04:00)

Azərbaycanın Ombudsman Aparatının əməkdaşları Bakı şəhərinin Binəqədi, Nizami və Əzizbəyov rayonlarının polis idarələrinin müvəqqəti saxlanma yerlərinə baxış keçiriblər. Bu barədə Trend ə Azərbaycanın Ombudsman Aparatından məlumat verilib.

Ombudsmanın nümayəndələri DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin, Binəqədi və Əzizbəyov rayonları polis idarələrinin MST-lərinə, həmçinin Binəqədi RPİ-nin 1-ci və 2-ci polis bölmələrinə, Nizami RPİ-nin 23, 24 və 25-ci polis bölmələrinin növbətçi hissələri yanında olan saxlama yerlərinə baxış keçirilib. Baxışda məqsəd müvəqqəti saxlanılan şəxslərin saxlanma şəraiti ilə tanış olmaq və onlara qarşı insan ləyaqətini alçaldan rəftara yol verilməsi kimi halların müəyyən edilməsidir.

Xəbər lenti

Xəbər lenti