...

Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı yeni İcra Məcəlləsi hazırlanıb

Cəmiyyət Materials 10 Mart 2006 16:51 (UTC +04:00)

Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı yeni İcra Məcəlləsi hazırlanıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları və Məhkəmə Nəzarətçiləri İdarəsinin rəisi Hüseynağa Əlixanov məlumat verib.

İdarə rəisinin sözlərinə görə, yeni İcra Məcəlləsinin hazırlanması məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi məqsədini güdür. Çünki hazırda qanuni qüvvədə olan "Məhkəmə Qəraralrının İcrası Haqqında" Qanun bu sahədəki boşlunların aradan qaldırımasını tam təmin etmir. Yeni İcra Məcəlləsinin layihəsi tam hazır şəkildədir. Məcəllə barədə yalnız aidiyyatı üzrə qurumlar tərəfindən rəy verilməsi qalıb. Həmin rəy verildikdən sonra İcra Məcəlləsi təsdiqlənməsi üçün Prezidentə təqdim olunacaq" - deyə H.Əlixanov söyləyib.

H.Əlixanov həmçinin qeyd edib ki, məhkəmə qərarlarının icrası zamanı problem yaradan səbəblərdən ən başlıcası vətəndaşların hüquqi cəhətdən savadsızlığıdır.

Xəbər lenti

Xəbər lenti