...

Səhiyyə Nazirliyi 16 yaşlı Salyan sakininin ikitərəfli pnevmaniyadan vəfat etdiyini elan edib

Cəmiyyət Materials 10 Mart 2006 18:23 (UTC +04:00)

Martın 10-da Azərbaycanın Salyan rayonunun Dayıkənd kəndinin sakini Şəhriyar Əsgərovun Ağciyər Xəstəlikləri ETİ-da müalicə olunmasına baxmayaraq, ikitğərəfli pnevmoniya və ağciyər çatışmamazlığından vəfat edib. Trend in məlumatına görə, bu barədə martın 10-da Azərbaycanın Səhiyyə Nazirliyinin yaydığı press-relizdə bildirilir.

Xəstənin sonuncu diaqnozu London laboratoriyasındakı analizlərin yekunları üzrə müəyyən ediləcək. "Son 4 gün ərzində Salyan rayonunun Dayıkənd və Sarvan kəndlərindən "quş qripi" virusuna yoluxmaqda şübhəli bilinən yeni xəstələr daxil olmayıb", - deyə məlumatda bildirilir.

Xəbər lenti

Xəbər lenti