...

Azərbaycanın ali təhsil müəssisələrində YUNSEKO kafedralarının yaradılması planlaşdırılır

Cəmiyyət Materials 11 Mart 2006 14:00 (UTC +04:00)

Bu ildən başlayaraq Azərbaycanın Təhsil Nazirliyi "Ali təhsil müəssisələrində YUNESKO kafedralarının yaradılması" proqramının gerçəkləşdirilməsinə başlamaq niyyətindədir. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Hazırda nazirliyin YUNESKO ilə əməkdaşlığı çərçivəsində bir sıra proqramlar, xüsusilə "Təhsil hamı üçün", "Assosiasiyalaşdırılmış məktəblər" və "Texniki-peşə məktəblərinin inkişafı" proqramları həyata keçirilir. YUNESKO ilə əməkdaşlıq Azərbaycanda təhsil sisteminin yenidən formalaşdırılmasına yönəldilmiş proqramlar çərçivəsində xüsusilə inkişaf edir.

YUNESKO ilə təhsili idarəetmə sisteminin təkmilləşdirilməsi, təhsil proqramlarının bütün səviyyələrdə yeniləşdirilməsi, müəllimlərin yenidən hazırlanması və təkmilləşdirilməsi, texniki-peşə məktəblərinin müasirləşdirilməsi, təhsil sistemində İKT-nin tətbiqi kimi Azərbaycan üçün təhsilin daha prioritet istiqamətləri üzrə daha fəal əməkdaşlıq mövcuddur.

Xəbər lenti

Xəbər lenti