...

Serbiya yığması Azərbaycanla seçmə oyunu qapalı tribunada keçirəcək

Cəmiyyət Materials 13 Mart 2006 16:51 (UTC +04:00)

Sentyabrın 2-də Serbiya və Çernoqoriya yığması Avropa-2008 çempionatının Azərbaycana qarşı seçmə oyununu Belqradda qapalı tribunada keçirəcək.

AFFA-nın baş katibi Fuad Əsədovun Trend ə verdiyi məlumata görə, UEFA mundialı Bosniya və Herseqovina ilə son təsnifat oyununda 1:0 hesabla qələbə qazanıb və qarışıqlıq yaratmış dünya çempionatının finalçılarını ciddi cəzalandırıb. "Təqvimə əsasən, serblər Azərbaycan yığması ilə bu oyunu tamaşaçıların iştirakı olmadan keçirəcək. Bu halda ev sahibləri zəruri azarkeş dəstəyindən məhrum olacaq", - deyə F.Əsədov qeyd edib.

Xatırladaq ki, Avro-2004 çempionatının serblərə qarşı seçmə oyununda futbolçularımız kifayət qədər uğurla çıxış etmiş və 6 mümkün xaldan 4-nü toplamışdı.

Xəbər lenti

Xəbər lenti