...

Yaxın vaxtlarda paytaxtın rayon məhkəmələrində sədr müavini ştatı təsis olunacaq

Cəmiyyət Materials 13 Mart 2006 18:31 (UTC +04:00)

Məhkəmə sahəsində aparılan islahatlardan biri də paytaxtın rayon məhkəmələrində sədr müavini ştatlarının təsis edilməsi olacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Analitik İdarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü Azər Cəfərov məlumat verib.

İdarə rəisi bildirib ki, əvvəlki illərlə müqayisədə hazırda məhkəmələr tərəfindən baxılan mülki işlərin sayı bir neçə dəfə artıb. Bu isə onsuz da sayı az olan hakimlərimizin fəaliyyətində gərginlik yaradır. "Bütün bunlar məhkəmələrdə işlərə tələsik və aşağı səviyyədə baxılmasına gətirib çıxarır. Məhkəmə-Hüquq Şurası qərara alıb ki, yaxın gələcəkdə rayon məhkəmələrində hakimlərin sayı artırılsın və eyni zamanda sədr müavini ştatı təsis edilsin. Bu ştatların təsisi yalnız Bakı şəhəri ərazisindəki rayon məhkəmələrində nəzərdə tutulub" - deyə A.Cəfərov bildirib.

Xəbər lenti

Xəbər lenti