...

Svantes Ctokselius: "Eurovision"un rəsmi saytında erməni müğənnisi barədə məlumata dəyişiklik ediləcək

Cəmiyyət Materials 13 Mart 2006 19:17 (UTC +04:00)

Azərbaycanın mədəniyyət və turizm Nazirliyinin məktubuna əsasən, yaxın vaxtlarda Ermənistandan olan müğənni Andre barədə məlumata dəyişikliklər ediləcək. Trend "Lider" telekanalına istinadən bildirir ki, martın 13-də Avropa Yayım Birliyinin musiqi müsabiqələri şöbəsinin rəhbəri Svantes Ctokselius bu barədə bəyan edib.

Onun sözlərinə görə, müsabiqə siyasi tədbir deyil və buna görə də "Eurovision"un rəsmi saytında yerləşdirilmiş məlumat siyasi xarakter daşıya bilməz.

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi müsabiqənin təşkilatçılarına məktub göndərib. Məktubda Dağlıq Qarabağın Azərbaycan Ruspublikasının ayrılmaz hissəsi olduğu qeyd olunur, həmçinin mədəniyyətlər arasında dialoqa xidmət edən müsabiqəni təşkil edənlərin anlaşılmazlığı aradan qaldıracağına əminlik bildirilir.

Qeyd edək ki, Azərbaycan ictimaiyyətinin narazılığına səbəb müsabiqənin rəsmi saytında Ermənistandan olan müğənni Andrenin qondarma "Dağlıq Qarabağ Respublikası"nda doğulduğu barədə məlumatın yerləşdirilməsi olub və bu faktı Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, eləcə də təxribat və Ermənistanın təcavüzkar siyasətinə dəstək kimi qiymətləndirmək lazımdır.

Xəbər lenti

Xəbər lenti