...

"Neftçi"nin baş məşqçisi Branimir Subaşiçdən narazıdır

Cəmiyyət Materials 14 Mart 2006 15:34 (UTC +04:00)

"Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov forvard Branimir Subaşiçin sarsıdıcı nəticələrinə baxmayaraq, onun oyunundan razı deyil.

Məşqçinin özünün Trend ə verdiyi məlumata görə, hücumçu yaxşı potensiala malikdir, lakin hələlik öz imkanlarının yarısını belə aça bilməyib. "Şübhəsiz ki, o, özünün əsas vəzifəsinin öhdəsindən gəlir. Lakin Subaşiç hələlik məni qane etməyən oyununu təkmilləşdirmək üzərində çox işləməlidir".

Diqqətəlayiq haldır ki, hücumçu milli birinciliyin ikinci dövrəsində keçirilən bütün matçlarda meydanı qol vurmadan tərk etməyib və kubok yarışlarında da rəqibin qapısına qol vurub. Eyni zamanda, ötən turda o, OİK-nun darmadağın edilməsində də (4:0) iştirak edib və öz aktivinə bir qol yazıb.

Xəbər lenti

Xəbər lenti