...

Azərbaycan Mətbuat Şurasının məktubu Gürcüstanın Prezident Aparatına təqdim edilib

Cəmiyyət Materials 14 Mart 2006 18:09 (UTC +04:00)

"Lider" və ANS telekanalları əməkdaşlarının Gürcüstanın Marneuli rayonunun Dəmyə Görarxlı kəndində təzyiqə məruz qalmaları faktı ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının Gürcüstan prezidenti Mixail Saakaşviliyə ünvanladığı məktub qonşu ölkənin Prezident Apartına çatdırılıb. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib.

Qeyd edək ki, bu məktub əvvəlcə Gürcüstanın Xarici İşlər Nazirliyinə göndərilib. Gürcüstan XİN-i isə məktubu bu ölkənin Prezident Aparatına təqdim edib. Gürcüstanın ölkəmizdəki səfirliyindən Mətbuat Şurasına bildirilib ki, onlara müraciətlə bağlı hələlik hər hansı cavab daxil olmayıb.

Xəbər lenti

Xəbər lenti