...

II qurultayın iştirakçıları Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edəcəklər

Cəmiyyət Materials 14 Mart 2006 19:29 (UTC +04:00)

Dünya Azərbaycanlılarının ikinci qurultayında iştirak etmək üçün Bakıya gəlmiş qonaqların bir qismi martın 15-də Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını və türk şəhidlərinin abidəsini ziyarət edəcəklər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qonaqlar səhər saat 10.00-da Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edəcəklər. Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidləri yad edəcəklər. Həmçinin şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyulacaq.

Qurultay dəvətliləri sonra Heydər Əliyev Fondunda olacaqlar. Qeyd edək ki, bu qonaqlar Avropa və MDB ölkələrindən, ABŞ-dan, Kanadadan, Yaponiyadan gəlmiş Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, həmçinin bu ölkələri təmsil edən millət vəkilləridir.

Qurultay iştirakçılarının digər qismi isə qurultay günü - martın 16-da səhər saat 08-09 radələrində Fəxri və Şəhidlər Xiyabanlarını ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti