...

"Neftçi" Tomislav Mişuranın komandada iştirakı məsələsini həll edəcək

Cəmiyyət Materials 15 Mart 2006 13:57 (UTC +04:00)

Hücumçu Tomislav Mişuranın gələcəkdə "Neftçi"də qalıb-qalmaması məsələsi komandanın xüsusi iclasında həll ediləcək.

Klubun mətbuat katibi Səbuhi Səfiyarlının Trend ə verdiyi məlumata görə, iki aydan bəri kollektivin sıralarında olmayan sloveniyalı hücumçunun gələcəyi barədə müzakirələr milli çempionatın növbəti turundan əvvəl keçiriləcək. "Hazırda T.Mişura ayrıca xüsusi proqram üzrə məşq edir və onun "Neftçi"də perspektivləri hələlik dumanlıdır. Lakin hər şey ən yaxın zamanlarda aydın olmalıdır", - deyə zametil S.Səfiyarlı bildirib.

Xatırladaq ki, Tomislav hələ yanvar ayında Moskvada Birliyin Kubokunun gedişində şəxsi motivlərlə icazə almışdı və Bakıya yalnız ötən həftənin sonlarında qayıdıb.

Xəbər lenti

Xəbər lenti