...

Nəsriddin Məhəmmədiyev: "II qurultay Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafında mühüm rol oynayacaq"

Cəmiyyət Materials 15 Mart 2006 14:02 (UTC +04:00)

Dünya azərbaycanlılarının II Qurultayı Azərbaycan və 60 min nəfər azərbaycanlının yaşadığı Özbəkistan arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacaq. Bu barədə Trend ə martın 15-də Özbəkistan Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru, bu ölkədəki Azərbaycan diasporunun 17 nümayəndəsindən ibarət qrupa rəhbərlik edən Nəsriddin Məhəmmədiyev bəyan edib.

N.Məhəmmədiyevin sözlərinə görə, Özbəkistanda yaşayan 133 xalq və millət arasında azərbaycanlılar xüsusi yer tutur, çünki özbəklər və azərbaycanlılar dil və dininə görə yaxındır.

"Azərbaycan və Özbəkistanın bayramları həmişə birlikdə qeyd olunur", - deyə mərkəzin direktoru vurğulayıb. O qeyd edib ki, martın 21-də Daşkəndin mərkəzində Novruz bayramı münasibətilə konsert keçiriləcək. Bu konsertdə Azərbayan diasporunun "Qardaşlıq" ansamblı da iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti