...

Sovet illərndə Qazaxıstana sürgün edilmiş azərbaycanlılar vətənə qayıtmaq arzusundadırlar

Cəmiyyət Materials 15 Mart 2006 16:33 (UTC +04:00)

Martın 16-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayında iştirak etmək üçün Orta Asiya ölkələrindən gəlmiş Azərbaycan diaspor qurumlarının rəhbərləri bu mötəbər tədbirdə bəzi təkliflərlə çıxış edəcəklər. Trend in məlumatına görə, Qazaxıstandakı Azərbaycan Cəmiyyətinin sədri Əli Nəcəfov bildirib ki, 1937-38-ci illərdə Qazaxıstana sürgün edilmiş azərbaycanlılar öz vətənlərinə - Azərbaycana qayıtmaq istəyirlər: "İlk növbədə istəyirik ki, Azərbaycanın ağır problemləri həll olunsun. Ondan sonra Sovet illərində Qazaxıstana sürgün edilmiş azərbaycanlı icmasından bir çoxu Azərbaycana qayıtmağa ümid edir".

Qazaxıstanda fəaliyyət göstərən Azərbaycan Konqresinin sədri Əbülfəz Xamedov isə bildirib ki, qurultaya təqdim edəcəkdəri təkliflərin ən əsası Qazaxıstanla Azərbaycan arasında isti münasibətlərin artırılmasına yönəlib. Ə.Xamedov Qazaxıstanda 130 xalqın nümayəndələrinin, 120 minə yaxın isə azərbaycanlının yaşadığını bildirib. Onun sözlərinə görə, dünya azərbaycanlılarının birinci qurultayında müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın bir-birini tanıması, birliyinin, həmrəyliyinin təmin olunması, problemlərinin həlli ilə bağlı qarşılıqlı şəkildə bir-birilərinə yardımlar göstərməsi üçün model yarandı. İkinci qurultayda isə artıq bu işlərin bəhrəsi kimi Azərbaycan diasporunun mütəşəkkilliyi müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti