...

Kanadadakı Azərbaycan Strateji Araşdırmalar Mərkəzi II qurultayı tarixi hadisə kimi qiymətləndirir

Cəmiyyət Materials 15 Mart 2006 17:00 (UTC +04:00)

"Dünya Azərbaycanlılarının ikinci qurultayı tarixi hadisədir və Azərbaycan disporunun inkişafı, birliyinin möhkəmlənməsi işinin sürətlənməsinə təkan verəcək". Bu fikirləri Trend ə açıqlamasında Kanadada fəaliyyət göstərən Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Aslan Xalidi bildirib. Hazırda Kanadanın Vankuver şəhərində olan A.Xalidi qeyd edib ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılaarla İş üzrə Dövlət Komitəsinin dəvəti əsasında Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri Dünya Azərbaycanlılarının II qurultayda iştirak edəcəklər.

A.Xalidi qeyd edib ki, bu təşklat Azərbaycanın ümummilli və dövlət maraqlarını müdafiə və təbliğ etmək yönündə öz fəaliyyətini gücləndirmək, bütün imkanlarını səfərbər etmək, həyata keçirdiyi tədbirləri intensivləşdirmək fikrindədir. A.Xalidinin qurultay iştirakçılarına ünvanladığı təbrik məktubda isə dünya azərbaycanlılarının milli mənəvi birliyinə nail olunması, diaspora və lobbiçilik fəaliyətinin qurulması, təşkilatlanması yönündə Azərbaycanın eks-prezidenti Heyədr Əliyevin xidmətləri barədə danışılır, ümummilli liderin bu işdə tarixi rolu yüksək qiymətləndirilir.

Xəbər lenti

Xəbər lenti