...

Qazaxıstanlı qonaq Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin nazirliyə çevrilməsini təklif edir

Cəmiyyət Materials 15 Mart 2006 17:55 (UTC +04:00)

"Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin Səlahiyyətləri artıralaraq nazirlik səviyyəsinə çatdırılmalıdır". Trend in məlumatına görə, bu fikirləri Dünya Azərbaycanlılarının ikinci qurultayında iştirak etmək üçün Bakıya gəlmiş Qazaxıstan Xalqları Respublika Fondunun baş direktoru Qabid Nuradiloğlu bildirib.

O deyib ki, Qazaxıstan Xalqlarının Respublika Fondu həm də Qazaxıstan prezidenti yanında Xalqlar Assambleyasının üzvüdür. Qazaxıstanlı qonaq qeyd edib ki, dünya azərbaycanlılarının təşkilatlanması, diasporun inkişafı çox ciddi və qlobal məsələdir. Ona görə də bu sahə ilə məşğul olan dövlət qurumunun daha geniş miqyasda fəaliyyət göstərə bilməsi üçün onun nazirliyə çevrilməsi məqsədəuyğun olardı. "Belə olan halda dünyanın bütün ölkələrində, azərbaycanlılarının kompakt yaşadığı yerlərdə nazirliyin bölmələri açıla bilər".

Qabid Nuradiloğlu bildirib ki, Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzi fəaliyyət göstərir və o, rəhbəri prezident Nursultan Nazarbayev olan Qazaxıstan Xalqları Assambleyasının fəal üzvüdür. Mədəniyyət Mərkəzinin fəaliyyəti assambleya tərəfindən koordinasiya edilir. Qabid Nuradiloğlunun sözlərinə görə, Qazaxıstan Xalqları Assambleyası prezident yanında məşvərət orqanıdır və milli məsələlər, vətəndaş cəmiyyəti və digər bu kimi sahələrlə məşğul olur. Buna görə də Azərbaycanlılarının Mədəniyyət Mərkəzi birbaşa bu ölkənin dövlət başçısı yanında tribuna əldə edib. Həmçinin Qazaxıstanda azərbaycanlıların "Vətən" adlı qəzetləri çap olunur, Azərbaycan mədəniyyətini, incəsənətini və milli ənənələrini təbliğ edən məktəb fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti