...

Şəhriyar Məmmədyarov Reykyavikdə başa çatan turnirdə 3-cü yeri tutub

Cəmiyyət Materials 16 Mart 2006 16:26 (UTC +04:00)

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Reykyavikdə başa çatan beynəlxalq turnirdə 3-cü yeri tutub.

Trend in xəbər verdiyi kimi, sonuncu 7-ci turda gənclər arasında dünya birinciliyinin qalibi olan Şəhriyar Hans Stefansonla heç-heçə oynayaraq 7 xal toplayıb. Daha 4 iştirakçı da yarışı eyni nəticə ilə başa vurduğundan təşkilatçılar qalibi əlavə əmsalların köməyi ilə müəyyən etməli olub. Nəticədə Şəhriyar birinci üçlüyü qapayıb. Ancaq o, İslandiyaya səfərini aktivinə yaza bilər. Belə ki, yarışda 25 ölkədən 102 şahmatçı çıxış edib.

Xatırladaq ki, bundan əvvəl Moskvada keçirilmiş "Aeroflot Open" turnirində də Ş.Məmmədyarov əlavə əmsallar arasında kəskin fərqin olması ilə əlaqədar qələbə qazana bilməmişdi.

Xəbər lenti

Xəbər lenti