...

Dinara Gimatova və Anna Qurbanova Kiyevdə "Deryugina Kuboku"nda çıxış edəcək

Cəmiyyət Materials 17 Mart 2006 12:16 (UTC +04:00)

Azərbaycanın aparıcı gimnastları Dinara Gimatova və Anna Qurbanova martın 17-də Kiyevdə start veriləcək "Deryugina Kuboku" beynəlxalq turnirində çıxış edəcək.

Trend in xəbər verdiyi kimi, yarışda planetin ən güclü gimnastları - rusiyalı dünya çempionu Olqa Kapranova, Vera Sessina, ukraynalı Anna Bessonova, Natalya Qodunko və digərləri iştirak edəcək. İtaliya çempionatında uğurla çıxış edərək medal qazanmış Dinara Gimatova və Anna Qurbanova Kiyevə gözəl əhval-ruhiyyədə yola düşəcək. Belə ki, bu idmançılar həm proqramın ayrı-ayrı növləri üzrə, həm də çoxnövçülük yarışlarında yüksək yerlər uğrunda mübarizə aparmağa və finala düşməyə qadirdir.

Qeyd etmək lazımdır ki, Alina Kabayeva yarışda iştirak etməməyə qərar verib.

Xəbər lenti

Xəbər lenti