...

Kristin Freyzer-İqor Lukanin cütlüyü dünya çempionatında 14-cü yerdə qərarlaşıb

Cəmiyyət Materials 22 Mart 2006 17:07 (UTC +04:00)

Azərbaycanın fiqurlu konki sürmə üzrə Kristin Freyzer-İqor Lukanin rəqs cütlüyü dünya çempionatında qısa proqramın yekunları üzrə 14-cü yerdə qərarlaşıb.

Trend in xəbər verdiyi kimi, bu yaxınlarda Turində Qış Olimpiadasında cütlüyün birinci çıxışını hakimlər 29.40 xalla qiymətləndirib. Nəticədə onlar 14-cü yerə layiq görülüb. Hazırda cütlük 16 dueti, o cümlədən Natali-Peşo-Fabian Borzo (Fransa), Yelena Romanovskaya-Aleksandr Qraçev (Rusiya), Anastasiya Qrebenkina-Vazgen Azroyan (Ermənistan) və başqalarını geridə qoyur. Yarışda kanadalı Mari Dübrel-Patrisa Lozon duetini qabaqlayan Bolqarıstanın Albena Denkova - Maksim Staviski cütlüyü liderlik edir.

K.Freyzer-İ.Lukanin cütlüyü martın 23-də orijinal rəqsdən sonra öz mövqeyini yaxşılaşdıra bilər.

Xəbər lenti

Xəbər lenti