...

Apellyasiya Məhkəməsi Müsavat Partiyasının şikayətinə aprelin 12-də baxacaq

Cəmiyyət Materials 22 Mart 2006 19:08 (UTC +04:00)

Apellyasiya Məhkəməsində Müsavat Partiyasının millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası məsələsi ilə bağlı martın 22-də apellyasiya şikayətinə baxılıb. Bu barədə Trend ə adıçəkilən partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri İbrahim İbrahimli məlumat verib.

Qeyd edək ki, bir ay bundan öncə MNTK millət vəkili Aynur Camalqızının partiya sıralarına bərpası ilə bağlı Binəqədi rayon məhkəməsinin qərarından Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib.

İ.İbrahimli qeyd edib ki, Apellyasiya Məhkəməsinin qərarı ilə proses aprelin 12-də davam etdiriləcək. Onu da bildirək ki, Müsavat Partiyasını vəkil Mübariz Qarayev təmsil edib.

Xəbər lenti

Xəbər lenti