...

Ombudsman Aparatında ünvanlaı sosial yardımla bağlı dəyirmi masa keçirilib

Cəmiyyət Materials 22 Mart 2006 20:03 (UTC +04:00)

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə "İqtisadi-sosial hüquqların müdafiəsində ünvanlaı sosial yardımın rolu" mövzusunda dəyirmi masa keçirilib. Trend xəbər verir ki, dəyirmi masada Milli Məclisin, nazirlik, komitə və QHT-lərin nümayəndələri iştirak ediblər.

Ombudsman Elmira Süleymanova vətəndaşların sosial təminat hüququnun təmin edilməsi istiqamətində bir sıra mühüm islahatların həyata keçirildiyini, son illərdə əmək haqlarının, pensiya və təqaüdlərin artdığını vurğulayıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov müvəkkilin əhalinin sosial problemlərinə diqqət yetirdiyini və bununla bağlı keçirdiyi tədbirlərin əhəmiyyəini qeyd edib.

Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli ombudsman təsisatının cəmiyyətin ən mühüm problemlərini çözdüyünü, vətəndaşların sosial hüquqlarının müdafiəsi istiqamətində səmərəli fəaliyyətini qeyd edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliynin ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri V.Mütəllimova, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş və bələdiyyələrə metodoloji yardım mərkəzinin rəhbəri M.Səlimzadə, Vətəndaşların Əmək Hüqüqlarının Müdafiəsi Liqası İcraiyyə Komitəsinin sədri S.Məmmədov müxtəlif mövzulu məruzələrlə çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti