...

Azərbaycanın yeni radio-televiziya tezlikləri xəritəsi ölkənin Radio və Televiziya Şurasına tender elan etməyə imkan verir

Cəmiyyət Materials 23 Mart 2006 11:45 (UTC +04:00)

"IREX" təşkilatının ayırdığı qrant hesabına maliyyələşdirilən layihə çərçivəsində hazırlanmış, Azərbaycanın yeni radio-televiziya tezlikləri xəritəsi ölkənin Radio və Televiziya Şurasına artıq sərbəst tezliklərin istifadəsi üzrə tender elan etməyə imkan verir. Təşkilatın Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, İREX mütəxəssislərinin hazırladığı və 2005-ci ilin noyabrında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə təqdim olunmuş xəritədə hansı gücə malik ötürücünün harada quraşdırılmasını qabaqcadan müəyyən etməyə imkan verən 3 ölçülü tezliklər sxemi əks olunub.

Xəritəyə yalnız Azərbay canın işğal olunmuş əraziləri və Naxçıvan MR daxil edilməyib.

Öz növbəsində Nazirlik xəritəni yeni KİV üçün tender elan etmək səlahiyyətinə malik Radio və Televiziya Şurasına təqdim edib.

Qeyd edək ki, yeni xəritə vasitəsilə Azərbaycan həm də qonşu dövlətlərin bir hissəsinin olduğu beynəlxalq tezliklər şəbəkəsinə qoşulur. Nəticədə respublika ilə sərhəd rayonlarda bu və ya digər ötürücünün hansı məqsədlə quraşdırıldığını dəqiqliklə müəyyən etmək olar.

Xəbər lenti

Xəbər lenti