...

Hüseyn Bağırov: Azərbaycanda quşların tələfatı halları xeyli azalıb

Cəmiyyət Materials 23 Mart 2006 16:01 (UTC +04:00)

Azərbaycanda quşların tələfatı halları xeyli azalıb . Trend bildirir ki, martın 23-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu barədə bəyan edib.

Hazırda bu göstərici gündəlik 3-5 quş olaraq qeyd edilir. Son günlər ərzində quşların tələfatı faktı Abşeron yarımadasında və Giləzi ərazisində aşkar edilib.

"İndiyədək tələf olmuş quşların sayı 15 mindən çox olaraq göstərilir. Amma bu məsələ ilə bir neçə təşkilatın eyni vaxtda məşğul olması, həmçinin Azərbaycandakı çətin vəziyyətlə bağlı olaraq ölkənin bir sıra ucqar regionlarında quşların icazəsiz məhv edilməsi faktı nəzərə alınmaqla bu rəqəm dəqiq olmaya bilər" -deyə nazir qeyd edib.

Onun sözlərinə görə, yaz mövsümündə, aprelin sonunda quşların başa çatacaq miqrasiyası ilə bağlı olaraq nazirlik köçəri quşların uçub gələ biləcəyi ölkələr, həmin ölkələrin mikrobioloji vəziyyəti, "quş qripi"nin orada olub-olmaması amili və digər nüanslara dair məlumatların toplanması üzrə iş aparır.

Xəbər lenti

Xəbər lenti