...

Hüseyn Bağırov: "Azərbaycanın işğal olunmuş ərazilərində qızıl yataqlarının qanunsuz istifadəsi faktı reaksiyasız qalmayacaq"

Cəmiyyət Materials 23 Mart 2006 17:00 (UTC +04:00)

"Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində qızıl yataqlarının qanunsuz istifadəsi faktı reaksiyasız qalmayacaq". Trend in xəbər verdiyi kimi, bu barədə martın 23-də ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, nazirlik bu faktlarla əlaqədar xarici işlər nazirliyi ilə birlikdə bu istiqamətdə materialların hazırlanmasından ibarət işlər aparır. Bununla pararel olaraq müxtəlif beynəlxalq təşkilatların bu sahədə məlumatlandırılması məqsədilə bu orqanlara lazımi məlumatlar verilir.

"Hüquqi şirkətin seçilməsi üzrə işlər aparılır, bundan sonra isə müəyyən tədbirlər görüləcək", - deyə nazir qeyd edib.

H.Bağırov hüquqi şirkətlə məsləhətləşmələrdən sonra müvafiq tədbirlərin görüləcəyini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti