...

Azərbaycan ombudsmanı Buxarestdə beynəlxalq simpoziumda iştirak edir

Cəmiyyət Materials 23 Mart 2006 17:38 (UTC +04:00)

Azərbdaycanın insan haqları üzrə müvəkkil Elmira Süleymanova bu günlərdə Buxarestdə keçiriləcək "Dinlərarası dünyada qadının rolu" beynəlxalq simpoziumunda iştirak edir. Bu barədə Trend ə Azərbaycan ombudsmanının aparatından məlumat verilib.

Simpozium Rumıniya-Türkiyə Ticarət-Sənaye Palatasının iştirakı və YUNESKO-nun təşəbbüsü ilə təşkil olunub. Tədbir dinlər arasında qarşılıqlı hörmətə və etimad məsələlərinə həsr olunub. Bu beynəlxalq tədbirdə məşhur lider qadınlar, insan haqları üzrə ekspertlər iştirak edirlər. Simpoziumda Azərbaycan ombudsmanı çıxış edərək iştirakçıları Azərbaycanda tolerantlıq və dini dözümlülük sahəsində atılan addımlar barədə məlumatlandırıb.

Azərbaycanın insan haqları müvəkkili simpozium iştirakçılarını uzun illərdən bəri dinc Azərbaycan sakinlərinin qarşılaşdıqları erməni təcavüzü barədə məlumatlandırıb və onları öz dövlətlərini Azərbaycanın haqq işini müdafiə etməyə çağırmağa dəvət edib.

Xəbər lenti

Xəbər lenti