...

UEFA Azərbaycan klubları üçün ödənişlərin həcmini təsdiqləyib

Cəmiyyət Materials 23 Mart 2006 17:43 (UTC +04:00)

UEFA-nın Budapeştdə başa çatmış XXX Konqresi yaxın 3 il üçün Çempionlar Liqasının birbaşa Azərbaycana da aid olan maliyyə modelini qəbul edib.

Trend in məlumatına görə, bu sxem çərçivəsində turnirlərin keçirilməsindən əldə olunan gəlirin 75%-i klublara veriləcək, vəsaitlərin 1/4 hissəsi isə Avropa futbolunun inkişafına yönəldiləcək (həmrəyliyə görə ödənişlər, təşkilati xərclər, UEFA-nın payı və s.). Əgər gəlir 530 mln avrodan çox olarsa, klublrın payı 82%-dək artırılacaq. Klubların brutto payının 5%-i nümayəndələrinin qrup mərhələsinədək gəlib çıxdığı liqalar arasında bölüşdürüləcək. Nəhayət, əgər brutto-gəlir 750 mln avrodan çox olarsa, qalıq vəsait həmrəyliyə görə ödənişlərin artırılması üçün istifadə edilə bilər. Bu halda təsnifatda Çempionlar Liqasının oyunlarından çıxmış və UEFA kubokunun birinci dairəsinin baryerini aşa bilməyən klublar təxminən 10 mln avro alacaq. İcraiyyə komitəsi də İntertoto kuboku iştirakçıları üçün həmrəylik ödənişlərinin artırılmasını təqdir edib. Qrup mərhələsinin 40 iştirakçısı gəlirin 75%-ni alacaq. Yerdə qalan 1/4 hissə isə təşkilati və inzibati xərclərin ödənilməsinə sərf olunacaq.

Xəbər lenti

Xəbər lenti