...

2006-cı ilin iyulunda misirli əczaçılar qrupu Azərbaycana gələcək

Cəmiyyət Materials 24 Mart 2006 12:44 (UTC +04:00)

2006-cı ilin iyulunda Misirin əczaçılıq şirkətlərinin nümayəndələrindən ibarət qrup Azərbaycana gələcək. Bu barədə Trend ə martın 24-də Misirin Azərbaycandakı səfiri Yusif Əhməd Əl-Şərkavi məlumat verib.

"Səfərdə məqsəd səhiyyə sahəsində əməkdaşlığın inkişafı, xüsusilə hər iki ölkənin əczaçılıq şirkətləri arasında əlaqələrin qurulmasından ibarətdir",- deyə diplomat qeyd edib.

Səfərin dəqiq tarixi hələlik müəyyənləşdirilməyib.

Xəbər lenti

Xəbər lenti