...

Əflatun Amaşov: Aprelin 11-də Bakıda Azərbaycan və Türkiyə mətbuatına həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Cəmiyyət Materials 24 Mart 2006 17:47 (UTC +04:00)

Aprelin 11-də Bakıda "Azərbaycan və Türkiyə mətbuatı: oxşarlıq və fərqlilik" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə Trend ə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

Təbirdə Türkiyənin media təşkilatları və qruplarının nümayəndələri, ölkənin "Millət", "Hürriyət" və "Tərcüman" kimi populyar qəzetlərinin rəhbər şəxsləri iştirak edəcəklər. Azərbaycandan həmin tədbirdə aparıcı qəzetlərin redaktorlarının, media qurumlarının rəhbərlərinin, həmçinin rəsmi şəxslərin iştirakı gözlənilir. Tədbirdə ümumilikdə 100-dək şəxsin iştirakı nəzərdə tutulub.

Beynəlxalq konfrasnda hər iki ölkə mediasının mövcud durumu, praktikada qarşılaşdıqları məqamlar ətrafında müzakirələr keçiriləcək. Tədbirdə eyni zamanda medianın özünü tənzimləmə üsulları, KİI hüququ və etik qaydaları, media qurumlarının və təşkilatlarının cəmiyyətdəki rolu barədə müzakirələr aparılacaq.

Türkiyəli qonaqların Azərbaycana səfəri çərçivəsində bir sıra media təşkilatlarında, telekanallarda, qəzet redaksiyalarında və təhsil ocaqlarında görüşlər keçirmələri də planlaşdırılıb. Qeyd edək ki, tədbirin təşkilatçısı Mətbuat Şurası ilə Türkiyənin Azərbaycandakı Səfirliyidir.

Xəbər lenti

Xəbər lenti