...

ÜST ekspertləri Azərbaycanda işlərini başa vurur

Cəmiyyət Materials 25 Mart 2006 11:48 (UTC +04:00)

Ümumdünya Səhiyyə Təşkilatının ekspert qrupu bir həftə ərzində Azərbaycanda işini başa vuracaq. Trend in xəbər verdiyi kimi, ÜST-də quş qripi ilə mübarizə üzrə ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kristiana Salvi jurnalistlərə bildirib ki, ölkədə vəziyyət sabitdir və ekspertlər respublikada olduqları müddətdə epidemioloji dəstək və nəzarəti davam etdirəcək.

Hazırda quş qripinə yeni yoluxma halları müşahidə olunmur, ancaq ekspert qrupu yeni faktlar aşkar edilərsə, vəziyyətə nəzarət etmək üçün hər ehtimala qarşı Azərbaycanda qalmaqda davam edir.

Bu günə qədər Azərbaycan üzrə 5 yoluxma halı aşkar olunub. İki xəstənin (15 yaşlı qız və 10 yaşlı oğlan) vəziyyəti yaxşılaşıb. Oğlan artıq evə yazılıb.

Regionlarda yaşayan əhali isə yaranmış vəziyyətə ciddi yanaşmaqla bağlı xəbərdar olunub.

Xəbər lenti

Xəbər lenti