...

Oktyabrda Kopenhagendə vərəmlə mübarizə sahəsində nazirlər forumu keçiriləcək

Cəmiyyət Materials 25 Mart 2006 12:11 (UTC +04:00)

Avropa regionunda 2001-ci ildə daha da yayılmış vərəm epidemiyası hazırda azalıb. Trend bildirir ki, ÜST-in yaydığı "Vərəmlə qlobal səviyyədə mübarizə: epidemiyaya nəzarət, planlaşdırma, maliyyələşdirmə" adlı məruzəsində bu barədə deyilir.

ÜST-in Bakı nümayəndəliyinin rəhbəri Pavel Ursonun sözlərinə görə, 2004-cü ildə regionda 415 172 vərəm xəstəsi qeydə alınıb, onların 80%-i MDB-nin 16 ölkəsi, Baltik ölkələri və Rumıniyanın payına düşür.

Beləliklə, Avropa regionunda bu xəstəlik 69018 nəfərin həyatına son qoyub. Mərkəzi və Şərqi Avropa, eləcə də MDB ölkələri dünyada vərəmin ən yüksək yayılma göstəricisi olan ölkələrə aiddir. Həmçinin region xəstəliyin mənfi nəticəsinə (7%) görə birinci yeri və xəstəliyin ölümlə nəticələnən hallarına (6%) görə ikinci yeri tutur.

P.Urso qeyd edib ki, vərəmlə mübarizənin genişləndirilməsi ilə bağlı tədbirlərə siyasi və maliyyə dəstəyinin gücləndirilməsi məqsədilə regional büro 2006-cı ilin oktyabrında Kopenhagendə (Danimarka) nazirlər forumu keçiriləcək.

Forumun işində regionun üzvü olan 52 dövlətin səhiyyə, ədliyyə, maliyyə və xarici işlər nazirləri iştirak edəcək. Həmin forum AB-də sədrlik edən ölkə kimi Finlandiya, "Vərəmi dayandıraq" tərəfdaşlığı, Niderlandın vərəmlə mübarizə Kral assosiasiyası, Qırmızı xaç və Qızıl aypara cəmiyyətləri Beynəlxalq federasiyası, Finlandiyanın yüngül xəstəliklərlə mübarizə assosiasiyası, ABŞ-ın beynəlxalq inkişaf Agentliyi və digər qurumlarla sıx əməkdaşlıq çərçivəsində təşkil edilir.

Xəbər lenti

Xəbər lenti