...

Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın bir sıra tarixi abidələrinin bərpası üçün layihə hazırlanır

Cəmiyyət Materials 25 Mart 2006 12:18 (UTC +04:00)

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyində Azərbaycanın bir sıra tarixi abidələrinin bərpası üçün layihə hazırlanır.Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Onların arasında ölkə üçün mədəni-tarixi dəyərə malik olan binalar da var.

Bu binaların əksəriyyəti XIX və X əsrlərə aiddir. Hazırda nazirlik binaların bərpası layihəsinin maliyyələşdirilməsi məsələsini həll edir.

Ümumilikdə, Azərbaycanın tarixi-mədəni dəyərlərinin mühafizəsi və bərpası Azərbaycanın yenidən yaradılan Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti üçün prioritetdir. Nazirlik artıq bu prioritetlərin həyata keçirilməsinə başlayıb.

Xəbər lenti

Xəbər lenti