...

Penitensiar sistemdə vərəm xəstələrinin multirezident formada müalicəsinin pilot layihəsi həyata keçiriləcək

Cəmiyyət Materials 25 Mart 2006 13:10 (UTC +04:00)

Qızıl xaç komitəsinin texniki və Qlobal fondun maliyyə dəstəyi ilə bu il Ədliyyə Nazirliyi penitensiar sistemdə vərəmli xəstələrin yeni mərhələdə müalicəsinə başlayır. Nazirliyin səhiyyə İdarəsinin rəisi Rafael Mehdiyev Trend ə bildirib ki, Azərbaycanda ilk dəfə olaraq vərəmin ən çətin forması olan multirezident forma tətbiq ediləcək. Pilot layihədə penitensiar sistemdən 80 xəstə (onlar cəmi 100 nəfərdir) nəzərdə tutulur.

R.Mehdiyevin sözlərinə görə, vərəmlə mübarizə üçün müalicə müəssisəsi yaradılıb və buraya 2005-ci ildə müalicə üçün həbs şəraitində olan 800 pasiyent göndərilib. Onlardan 400-də bu xəstəlik ilk dəfə olaraq aşkar edilib.

Ədliyyə Nazirliyinin müşahidələrinə görə, son illərdə penitensiar sistemdə vərəmli xəstələrin sayı azalıb. 1993-cü illə müqayisədə 3 dəfə, 2004-cü illə müqayisədə isə 30% azalma müşahidə olunub. Bununla belə, ötən il ərzində bu xəstəlikdən 69 ölüm hadisəsi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti