...

Səudiyyə Ərəbistanının təhsil nazirinin Azərbaycana səfərinə hazırlıq görülür

Cəmiyyət Materials 25 Mart 2006 13:54 (UTC +04:00)

Azərbaycan və Səudiyyə Ərəbistanı təhsil sahəsində əməkdaşlıq barədə razılaşma imzalayacaq. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, sənəd Səudiyyə Ərəbistanının ali təhsil naziri doktor Hamid bin-Məhəmməd əl-Anqarinin Azərbaycana qarşıdakı səfəri çərçivəsində imzalanacaq.

Səudiyyə Ərəbistanı nazirinin planlaşdırılan səfəri zamanı tərəflər diplomların qarşılıqlı tğanınması və elm və texnika sahəsində əməkdaşlığın perspektivləri məsələlərini müzakirə edəcəklər. İki ölkənin təhsil nazirləri həmçinin, kadrların, eləcə də tələbə və müəllimlərin mübadiləsi sahəsində də fikir mübadiləsi aparacaqlar. Nazirlikdən səfərin vaxtının hələ razılaşdırılmadığı xəbər verilib.

Xəbər lenti

Xəbər lenti