...

Azərbaycanın Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığması Moskvada çıxış edəcək

Cəmiyyət Materials 25 Mart 2006 14:03 (UTC +04:00)

Azərbaycanın yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığması martın 26-da Moskvada keçiriləcək iri beynəlxalq turnirdə iştirak edəcək.

Trend in məlumatına görə, kollektivin tərkibinə daxil olan Fərhad Aydınlı (42 kq), Tarıyel Məmmədov (46 kq), Orxan Cabbarlı (52 kq), Fərid Ağaverdiyev (55 kq), Kamal Məmmədov (63 kq), Zaur İslamzadə (70 kq), Həsən Həsənov (76 kq) və Nurlan Rəsulov (85 kq), ən yüksək yer uğrunda mübarizə aparmağa qadirdirlər. Mürsəl Qafarov öz yetirmələrinin fəaliyyətinə rəhbərlik edəcək, dəstə isə "Lokomotiv" İdman-Sağlamlıq Mərkəzinin pəhləvanları ilə yarışda təmsil olunacaqlar.

Qeyd etmək lazımdır ki, turnirdə 20-dən artıq ölkənin komandasının iştirakı planlaşdırılır. Yarışın favoriti isə xalça sahimbləri hesab edilir.

Xəbər lenti

Xəbər lenti