...

Azərbaycan ictimaiyyəti "quş qripi"nin yayılması təhlükəsindən narahatdır

Cəmiyyət Materials 25 Mart 2006 14:52 (UTC +04:00)

Azərbaycan ictimaiyyəti respublikada "quş qripi"nin yayılması təhlükəsindən narahatdır. Bu barədə Trend ə "Rəy" monitorinq mərkəzinin rəhbəri Rizvan Abbasov 2006-cı ilin martın 15-17-də Azərbaycanın 36 yaşayış məntəqəsində 1508 respondent arasında aparılmış son sosioloji sorğunun nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, respublikada sorğu aparılmış respondentlərin 76,8%-i "təhlükəni real hesab edərək "quş qripi" virusunun yayılmasından çox narahatdır", 20,9% "problemi şişirdilmiş hesab edərək o qədər də narahat deyil", 2,3% isə "cavab verməkdə çətinlik çəkib".

R.Abbasov həm də qeyd edib ki, sorğunun nəticələrinə əsasən, respondentlərin əksəriyyəti (65,6%) artıq toyuq əti almır, 22,5% toyuq ətini az-az almağa başlayıb, 11,9% isə öncə olduğu kimi, yenə də toyuq əti almaqda davam edir.

Xəbər lenti

Xəbər lenti