...

Azərbaycan və Moldova gənclər siyasəti və idman sahəsində əməkdaşlığa dair saziş imzalayacaq

Cəmiyyət Materials 27 Mart 2006 12:29 (UTC +04:00)

Azərbaycan və Moldova gənclər siyasəti və idman sahəsində əməkdaşlığa dair saziş imzalayacaq.Bu barədə Trend ə Azərbaycanın Gənclər və idman nazirliyində bildirilib.

Saziş Moldovanın gənclərin maarifləndirilməsi və idman naziri Viktor Svirkunun Azərbaycana hazırkı səfəri çərçivəsində imzalanacaq. Sənəd növbəti olimpiadaya hazırlıq, gənclərin asudə vaxtının təşkili, beynəlxalq təşkilatlarda mövqelərin yaxınlaşdırılması, beynəlxalq sənədlərin işlənib hazırlanmasında yardım göstərilməsi və digər bu kimi məsələlərdə iki ölkənin əməkdaşlığını nəzərdə tutur.

Sənəd moldovalı nazirin Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovla görüşü zamanı imzalanacaq.

Xatırladaq ki, V.Svirkunun Azərbaycana səfəri martın 26-da başlayıb. Səfər proqramına həmçinin Azərbaycanın Təhsil nazirliyində, Heydər Əliyev Fondunda görüşlər, eləcə də şəhərlə tanışlıq daxildir. Martın 28-də səfər başa çatır.

Xəbər lenti

Xəbər lenti