...

Mətbuat Şurasının sədri fevral-mart aylarına dair hesabat verəcək

Cəmiyyət Materials 27 Mart 2006 13:54 (UTC +04:00)

Martın 28-nə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası təyin olunub. Bu barədə Trend ə Mətbuat Şurasından məlumat verilib. İclasda əvvəlcə Mətbuat Şurasının sədri Əflatun Amaşovun qurumun fevral-mart aylarında gördüyü işlərə dair hesabatı dinləniləcək.

Bundan sonra şuranın Şikayətlər üzrə Komissiyasının çıxardığı rəylər müzakirə olunacaq. İclasda həmin rəylər əsasında qərarlar çıxarılacaq. İdarə Heyətinin üzvləri həmçinin cari məsələləri də müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti