...

Azərbaycanın 7 regional televiziya stansiyası reklamçıları cəlb etmək üçün gündəlik yayıma başlayacaq

Cəmiyyət Materials 27 Mart 2006 15:18 (UTC +04:00)

Aprelin əvvəllərindən başlayaraq Azərbaycanın 7 regional televiziya stansiyası reklamçıları cəlb etmək üçün hər gün bədii-əyləncəli proqramların 3 saatlıq yayımına başlayacaq. Amerikanın İREX qeyri-hökumət təşkilatının Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, stansiyaların texniki xarakteristikası proqramların yayımına imkan verir. Bir faktı da nəzərə almaq lazımdır ki, bu 7 stansiya ölkəyə ötən il gətirilmiş 1KV-luq ötürücülərlə təchiz olunub.

Reklamçıları cəlb etmək məqsədilə eyni proqramlar elə bərabər vaxtda da yayımlanacaq. Bundan başqa, yayım çərçivəsində xaricdən alınmış və Bakı studiyalarının birində dublyaj edilmiş lisenziyalı filmlər də nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti