...

Məhkəmə assosiasiyalarının iclası keçiriləcək

Cəmiyyət Materials 28 Mart 2006 15:07 (UTC +04:00)

Aprelin 1-də Azərbaycan Məhkəmə Hakimlərinin Assosiasiyası ilə Azərbaycanda İxtisaslaşdırılmış Hakimlərin Assosiasiyası birgə iclas keçirəcək. Bu barədə Trend ə Azərbaycan Məhkəmə Hakimlərinin Assosasiyasının sədri Ələddin Cəfərov məlumat verib.

İclasda məhkəmə hakimlərinin son bir neçə aylıq fəaliyyəti müzakirə olunacaq, nöqsanlar və onların aradan qaldırılması ilə bağlı təkliflər səsləndiriləcək.

O cümlədən, ölkə başçısının məhkəmələrin işinin daha da yaxşılaşdırılması ilə bağlı 19 yanvar 2006-cı il tarixdə imzaladığı fərmandan irəli gələn məsələlərin müzakirəsi davam etdiriləcək, görülmüş işlər barədə hesabat xarakterli məlumat veriləcək.

Ə.Cəfərov oun da qeyd edib ki, iclasda məhkəmələrdə kargüzarlıq işləri ilə bağlı bəzi məsələlərin, o cümlədən, hakimlərin etika kodeksi ilə bağlı təkliflərin müzakirəsi də gözlənilir.

"Həmçinin əsas müzakirə mövzularından biri regionlarda apellyasiya məhkəmələrinin yaradılması ilə bağlı olacaq" - deyə Ə.Cəfərov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti