...

11 müttəhimin apellyasiya şikayətinə aprelin 12-də baxılacaq

Cəmiyyət Materials 28 Mart 2006 16:41 (UTC +04:00)

Aprelin 12-də Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə 13 saylı cəzaçəkmə müəssisəsində baş vermiş iğtişaşla bağlı məhkəmə hökmündən verilmiş apellyasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə hakim R.Səfərov məlumat verib.

Hakim bildirib ki, 13 saylı cəzaçəkmə müəssisəsində baş vermiş kütləvi iğtişaşla əlaqədar 14 dekabr 2005-ci il tarixli hökmdən narazı qalan tərəf müttəhimlərdir. Belə ki, 14 müttəhimdən 11 nəfəri apellyasiya şikayəti verib.

Qeyd edək ki, ilkin instansiya məhkəməsində keçirilən məhkəmə iclaslarından birində müttəhimlər özlərinə ülgüclə xəsarətlər yetirdiklərinə görə proses Bayıldakı 1 saylı İstintaq Təcridxanasında yekunlaşdırılıb. İğtişaşda təqsirli bilinən 14 müttəhim 8 ildən 12 ilədək təkrar məhkum olunub.

Xəbər lenti

Xəbər lenti