...

Aprel ayından BMT "Təhsil üçün Ərzaq proqramı"nı genişləndirəcək

Cəmiyyət Materials 28 Mart 2006 18:28 (UTC +04:00)

Aprel ayından BMT-nin Ümumdünya ərzaq proqramının (ÜƏP) rəhbərliyi "Təhsil üçün Ərzaq proqramı" çərçivəsində Azərbaycan ilə əməkdaşlığı genişləndirəcək. Azərbaycanın təhsil Nazirliyində Trend ə bildirilib ki, yaxın vaxtlarda proqramın Təkmilləşdirilmiş Monitorinq sisteminin yaradılması planlaşdırılır.

Bu işin əlaqələndirilməsi məqsədilə ÜƏP rəhbərliyi proqramın xüsusi məsləhətçisini təyin edib. 2006-2008-ci illərdə proqramın Azərbaycanın 11 rayonunda gerçəkləşdirilməsi nəzərdə tutulur və bu proqram 5 min məktəbi, 60 min şagirdi əhatə edəcək.

Xatırladaq ki, proqramın gerçəkləşdirilməsinə 2003-cü ildə başlanıb və hazırda proqram çərçivəsində göstərilən ərzaq yardımı respublikanın 10 rayonunun 98 məktəbində 5300 şagirdi əhatə edir.

Xəbər lenti

Xəbər lenti