...

Dzüdoçular Minskə Dünya Kubokunun mərhələsinə gedirlər

Cəmiyyət Materials 29 Mart 2006 15:00 (UTC +04:00)

Azərbaycanın dzüdo üzrə komandası bu həftənin sonunda Minskdə keçiriləcək Dünya Kuboku mərhələsində iştirak edəcəklər.

Ölkə yığmasının baş trenerinin Trend ə verdiyi məlumata görə, yarışda Zaur Bağırlı və Emin Arzumanovun (hər ikisi 60 kq), Cəfər Cəfərli və Ramil Qasımov (hər ikisi 66 kq), Elnur Məmmədli (73 kq), Fərid Allahverdiyev və gənclər arasında Avropa birinciliyinin qalibi Araz Muxtarov (81 kq), Qədir Qədirov (100 kq), Kifayət Qasımov və Ramil Usubov (hər ikisi 57 kq), Nigar Cabbarova (52 kq) və Sona Əhmədli (62 kq) iştirak edəcəklər.

Yarışdan sonra idmançılar tədris-təlim toplantısı üçün Minskdə qalacaqlar və oradan daha bir beynəlxalq turnirin keçiriləcəyi Moskvaya yola düşəcəklər. Rusiya paytaxtında yarışa bu yaxınlarda Rotterdamdakı yarışın qalibi Mehman Əzizovun (81 kq) da qatılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti