...

Səhiyyə Nazirliyi əczaçılıq fəaliyyətinin həyata keçirilməsi üçün 30-dək lisenziya verib

Cəmiyyət Materials 29 Mart 2006 18:25 (UTC +04:00)

Azərbaycanın Səhiyyə Nazirliyi fiziki və hüquqi şəxslərə əczaçılıq fəliyyətinin həyata keçirilməsi üçün 29 lisenziya verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın Trend ə verdiyi məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin sərəcamına əsasən, nazirliyin İnnovasiya və Təminat Mərkəzinin müəssisələrinə xüsusi icazələr (lisenziya) verilir.

Onun sözlərinə görə, lisenziyaların verilməsi zamanı 2 əsas tələb nəzərə alınır - dərman preparatlarının saxlanması üçün lazımi şəraitin və aptek işçilərinin müvafiq ixtisasının malik olması.

"Əgər müəssisə bütün sorğuları cavablandıraraq Vergilər Nazirliyinə müraciət edirsə, müvafiq kod alır və 220 AZN məbləğində dövlət rüsumu ödədikdən sonra lisenziya əldə edir", - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti