...

Çoudri Kubokunun iştirakçı ölkələrinin say tərkibi azalıb

Cəmiyyət Materials 30 Mart 2006 12:16 (UTC +04:00)

Komandaların bəzisi Ümumdünya həvəskar boks Assosiasiyasının (AIBA) prezidenti Ənvər Çoudrinin martın 29-da İdman Sarayında başlamış X yubiley turnirinə gəlməyib.

Milli Federasiyanın rəhbəri Ağacan Əbiyev Trend ə bildirib ki, müxtəlif səbəblərdən Polşa, İsrail və Kuveyt kollektivləri yarışa gəlməyib. "Yəqin ki, bu ölkə yığmalarının planı dəyişib. Hər halda, onlar Bakıya gəlməmənin səbəbini bizə bildirməyib" -deyə o qeyd edib.

Ümumiyyətlə, yubiley turnirinə Qazaxıstan, İordaniya, Mali, Pakistan, İran, Qatar, Qvineya, Gürcüstan, Rusiya, Misir, Tayland, Çin, Türkiyə, Tunis, Özbəkistan və Mərakeş də daxil olmaqla on yeddi ölkədən atletlər gəlib. Maraqlıdır ki, Avropadan gələn boksçuların tərkibi az olduğu halda, Afrika və Asiyadan gələn atletlər əksəriyyət təşkil edir.

Xəbər lenti

Xəbər lenti