...

Nigar Bağırova güllə atıcılığı üzrə Dünya Kuboku mərhələsində beşinci yerə çıxıb

Cəmiyyət Materials 30 Mart 2006 12:57 (UTC +04:00)

Güllə atıcılığı üzrə usta Nigar Bağırova Quaçjouda keçirilən Dünya Kuboku mərhəsində beşinci olub.

Trend in verdiyi məlumata görə, gənclər arasında Avropa birinciliyinin gümüş medalçısı ixtisaslaşmada uğurla çıxış edərək finala çıxıb. Həlledici mərhələdə də o, kifayət qədər uğurla çıxış etsə də, mükafat qazanmağa nail ola bilməyib. Bununla yanaşı, o, Bolqarıstan, Çexiya və bir çox digər ölkələrin adlı-sanlı idmançılarını geridə qoymağa nail ola bilib.

Növbəti Olimpiadanın iştirakçısı olmağa çalışan Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova isə o qədər də uğurla çıxış edə bilmədiyi üçün final mərhələsinə çıxa bilməyib. Qeyd edək ki, yarışın qalibi Pekindəki olimpiya oyunlarına vəsiqə alacaq.

Xəbər lenti

Xəbər lenti