...

Əbülfəz Qarayev: Azərbaycanın tarixi abidələrini dinlə bağlamaq olmaz

Cəmiyyət Materials 30 Mart 2006 15:05 (UTC +04:00)

Azərbaycanın tarixi abidələrinin ermənilər tərəfindən dağıdılması və talan edilməsi ilə bağlı YUNESKO və bir sıra beynəlxalq təşkilatlara müraciət etməyin vaxtıdır. Trend xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev YAP-ın 31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə bağlı martın 30-da təşkil etdiyi tədbirdə jurnalistlərə bildirib.

Nazir bildirib ki, Azərbaycanın qədim abidələrini özününküləşdirmək istiqamətində iş aparan erməni vandalizminə qarşı birgə mübarizə aparmaq lazımdır: "Bunun üçün Azərbaycanda fəaliyyət göstərən bütün beynəlxalq təşkilatların nümayəndələri və səfirlərini də bu məsələ ilə bağlı məlumatlandırmalıyıq". Nazir onu da vurğulayıb ki, artıq bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi ilə Xarici İşlər Nazirliyi birgə iş aparır.

Ə.Qarayev onu da vurğulayıb ki, ermənilər tərəfindən Azərbaycanın tarixi abidələrinin dağıdılması ilə bağlı kitabların çap edilməsinə də geniş yer ayrılmalıdır: "Bu sənədlər vasitəsilə dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara ermənilərin vəhşiliklərini çatdıra bilərik". Nazir onu da qeyd edib ki, tarixi abidələrin məxsusluğunu dinlə bağlamaq olmaz: "Azərbaycanın qədim tarixi var. Bu tarix Alban dövlətinə qədər gedib çıxır. O dövrdən bu dövrə kimi Azərbaycan ərazisində müxtəlif dinlər mövcud olub. Ancaq tarixi abidələrin məxsusluğu yalnız Azərbaycana aid edilib".

Xəbər lenti

Xəbər lenti