...

Masallıda Təhsilin İnkişaf Proqramı gerçəkləşdiriləcək

Cəmiyyət Materials 30 Mart 2006 15:12 (UTC +04:00)

2006-cı ildən başlayaraq Masallıda Təhsilin İnkişaf Proqramı gerçəkləşdiriləcək. Azərbaycanın Təhsil Nazirliyindən Trend ə verilən məlumata görə, proqram təhsil naziri Misir Mərdanovun Masallı rayonuna səfəri zamanı imzalanıb.

Sənədi təhsil naziri və Masallı rayonu İcra Hakimiyyəti başçısı Oqtay Əliyev imzalayıb. Proqramın 4 il ərzində gerçəkləşdiriləcəyi nəzərdə tutulub.

Səfər zamanı nazir rayonun pedaqoji kollektivilə görüşüb, rayon rəhbərliyi ilə mövcud problemləri müzakirə edib və ölkədə təhsil sahəsində aparılan islahatlar barədə məlumat verib.

Xəbər lenti

Xəbər lenti