...

İdman gimnastikası üzrə Bakı birinciliyinin qalibləri müəyyən edilib

Cəmiyyət Materials 30 Mart 2006 16:09 (UTC +04:00)

Respublika olimpiya idman litseyində idman gimnastikası üzrə Bakı birinciliyi başa çatıb. Azərbaycanın gimnastika Federasiyasının mətbuat xidmətində Trend ə bildirilib ki, turnirdə MOİK, gimnastika litseyləri və məktəblərindən 50 idmançı iştirak edib. Birinciliyin bütün qalibləri tam hesablamanın nəticələrinə görə müəyyən edilib.

Midman ustaları arasında birinci yeri 99 xalla yenə də MOİK-in nümayəndəsi Teymur Şaxlamazov tutub.Ustalığa namizədlərdən "ordu"nun daha bir nümayəndəsi Elvin Ağadadaşov daha yaxşı çıxış edib.O, 99.1 xal toplayıb.

Birinci dərəcəli gimnastların yarışında fəxri kürsünün ən yüksək pilləsinə 106.35 xalla gimnastika məktəbindən Murad Tatlıyev qalxıb. İkinci dərəcəli idmançıların turnirində Altay Əhədov birinci olub. Litsey nümayəndəsinin aktivində 101.7 xal var. Üçüncü dərəcəlilərin yarışında isə Şamil İsmayılov (litsey) 54.9 xalla liderlik edib.

Birincilikdə yeniyetmələr arasında da qaliblər müəyyən edilib.

Üçüncü dərəcəli yeniyetmələrin yarışında litsey nümayəndəsi Rüstəm Valyulin 53.2 xal toplayaraq qələbə qazanıb. İkinci dərəcəli idmançılar arasında Emil Quliyev birinci olub. Litsey nümayəndəsi olan gimnast hakimlərdən 55.75 xal alıb. Birinci dərəcəli yeniyetmələrin yarışında ən yaxşı nəticəni litsey nümayəndəsi Fuad Qubadov - 57.75 xalla - göstərib.

Azərbaycanın gimnastika Federasiyasının məlumatına görə, aprelin 3-8-də Moskvaətrafı Obninsk şəhərində idman gimnastikası üzrə hakimlər üçün beynəlxalq kurslar keçiriləcək. Beynəlxalq federasiyanın təşkil etdiyi ixtisasartırma seminarına ilk respublika dərəcəli hakim Elşən Əliyev yollanacaq.

Xəbər lenti

Xəbər lenti