...

Rəbiyyət Aslanova: Azərbaycanda siyasi məhbus anlayışı yoxdur

Cəmiyyət Materials 30 Mart 2006 16:24 (UTC +04:00)

Siyasi məhbus məsələsini qabardanlar özlərini hüquq müdafiəçisi adlandıralanların növbəti siyası təxribatıdır. Bu barədə Trend ə Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova bildirib.

R.Aslanova vurğulayıb ki, Azərbaycanda siyasi məhfum anlayışı yoxdur: "Həbs olunan insanların hər birinin fəaliyyətində cinayət tərkibi olmasaydı, onlar həbs olunmazdılar". Millət vəkili onu da bildirib ki, bəzi hüquq müdafiəçiləri həbs olunan sabiq nazirlərin də adlarını siyasi məhbus siyahısına salıblar. Ancaq hələ istintaq aparıldığından onları siyasi məhbus adlandırmağın özü bir qədər şübhəlidir: "Siyasi məhbus məsələsini gündəmə gətirənlər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuna xələl gətirmək məqsədini güdür".

Komissiya sədri onu da qeyd edib ki, bu gün əsirlikdə olan qadın, qoca və hərbçilərlə bağlı hüquq müdafiəçilərindən Eldar Zeynalov və Leyla Yunus beynəlxalq təşkilatlara heç bir müraciət etməyiblər: "Belə hüquq müdafiəçiləri yaxşı olardı ki, siyasi məhbuslarla bağlı yox, əsirlikdə olan soydaşlarımızla bağlı siyahı tərtib edib beynəlxalq təşkilatlara göndərsinlər".

Xəbər lenti

Xəbər lenti