...

Rövşən Hüseynov: Azərbaycan boksçuları Çoudri Kubokunda 4 qızıl medal qazanmaq əzmindədir

Cəmiyyət Materials 30 Mart 2006 16:35 (UTC +04:00)

"Azərbaycan komandası Ənvər Çoudrinini şərəfinə keçirilən Kubokda 4 qızıl medal qazanmağa qadirdirlər". Bu barədə Trend ə yarışda hakim kimi iştirak edən boks üzrə ölkə yığmasının lideri Rövşən Hüseynov bəyan edib.

İdmançının sözlərinə görə, kollektiv pis olmayan potensiala malikdir və hər bir çəki dərəcəsində beynəlxalq arenada uğurla çıxış etmək iqtidarında olan bir neçə idmançı var. "Mənə elə gəlir ki, boksçularımızın ənənəvi olaraq doğma divarlar arasında uğurla çıxış etdiyini nəzərə alsaq ən azı 4 yüksək mükafat qazana bilərlər. Ona görə də qızıl mükafatlarının sayının artacağına da bel bağlamaq olar", -deyə R.Hüseynov bildirib.

Xatırladaq ki, R.Hüseynov Afina Olimpiya yarışlarından sonra hələ də tam sağala bilmədiyi köhnə zədə ilə əlaqədar öz karyerasına son qoymaq qərarına gəlib.

Xəbər lenti

Xəbər lenti